Kalmıkiya Respublikasının (Rusiya Federasiyası) Yustinski rayonunda sərnişin mikroavtobusu ilə yük maşını toqquşub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
Məlumata görə, Yustinski rayonunun Saqan Aman kəndi ərazisindən keçən hissəsində sərnişin avtobusu və yük maşını toqquşub: " Nəticədə 7 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar Yustinski Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb".
İdarə hadisə zamanı mikroavtobusda 21 nəfərin olduğunu bildirib. Onların arasında uşaqlar olmayıb.