AZ

Rusiyada mikroavtobus qəzası nəticəsində 7 nəfər ölüb

Kalmıkiya Respublikasının (Rusiya Federasiyası) Yustinski rayonunda sərnişin mikroavtobusu ilə yük maşını ağır qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, daha 11 nəfər yaralanıb.

“Bu gün saat 02:30-da (Bakı vaxtı ilə 03:30-da – red.) məlumat daxil olub ki, Yustinski rayonu ərazisində Saqan Aman kəndi ərazisindən keçən hissəsində sərnişin avtobusu və yük maşını toqquşub. Nəticədə 7 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar Yustinski Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb", - məlumatda deyilir.

İdarə hadisə zamanı mikroavtobusda 21 nəfərin olduğunu bildirib. Onların arasında uşaqlar olmayıb.

Seçilən
0
3
report.az

4Mənbələr