AZ

Rusiyada ağır qəza -

Kalmıkiya Respublikasının (Rusiya Federasiyası) Yustinski rayonunda sərnişin mikroavtobusu ilə yük maşını toqquşub.Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, daha 11 nəfər yaralanıb.“Bu gün saat 02:30-da (Bakı vaxtı ilə 03:30-da – red.) məlumat daxil olub ki, Yustinski rayonu ərazisində Saqan Aman kəndi ərazisindən keçən hissəsində sərnişin avtobusu və yük maşını toqquşub. Nəticədə 7 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar Yustinski Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb", - məlumatda deyilir.

İdarə hadisə zamanı mikroavtobusda 21 nəfərin olduğunu bildirib. Onların arasında uşaqlar olmayıb.

Seçilən
0
3
metbuat.az

4Mənbələr