AZ

Zelenski Putin və Trampın mümkün razılaşmasından narahatdır

Ukrayna Prezidenti Vladimir Zelenski və onun əsas müşavirləri Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın sabiq lideri Donald Tramp arasında mümkün razılaşmalardan narahatdır. Bu barədə The Washington Post yazır.

ABŞ diplomatı qəzetə bildirib ki, Zelenskinin komandası Tramp və Putin arasında sabah, 19 may tarixində keçiriləcək telefon danışığından sonra Ukraynanın qəbul edə bilməyəcəyi fakt qarşısında qalmasından ehtiyat edir.

Tramp daha əvvəl həm Putin, həm də Zelenski ilə ayrı-ayrılıqda telefon danışığı aparmaq niyyətində olduğunu bildirmişdi. O, bu əlaqələrin Ukraynada atəşkəsin əldə olunmasına kömək edəcəyinə ümid etdiyini söyləmişdi.

N.Təbrizli

Seçilən
0
50
anews.az

10Mənbələr