ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin Ukraynanın taleyini Vladimir Zelenskinin başı üzərindən həll etməməlidirlər.
Axar.az xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb amerikalı həmkarı ilə söhbətdən sonra bu bəyanatla çıxış edib.
Tramp və Putin arasında mayın 19-da baş tutacaq telefon danışığına toxunan Stubb söhbətin qənaətbəxş olmayacağı təqdirdə, gələn həftə Konqresə Rusiyaya qarşı dağıdıcı sanksiyalar paketinin təqdim ediləcəyini deyib.
"Zelenski səbirlidir, Trampın isə Rusiyaya qarşı səbri tükənməkdədir", - Finlandiya prezidenti bildirib.