AZ

Sarımsaq yeməyin faydaları

Sarımsaq əsrlər boyu həm təbii antibiotik, həm də şəfa mənbəyi kimi tanınıb. Müasir elmi araşdırmalar da bu qədim bitkinin insan sağlamlığına olan saysız-hesabsız faydalarını təsdiqləyir.Metbuat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, sarımsaq immun sistemini gücləndirir, ürək-damar xəstəliklərinin qarşısını alır, qan təzyiqini tənzimləyirbədənə antimikrob təsir göstərir. Tərkibindəki allicin maddəsi sayəsində sarımsaq virus və bakteriyalara qarşı güclü qoruyucu rol oynayır.Daimi olaraq çiy və ya bişmiş şəkildə sarımsaq istehlakı:
  • Xolesterin səviyyəsini aşağı salır,
  • Orqanizmdəki iltihabı azaldır,
  • Həzm sistemini tənzimləyir,
  • Soyuqdəymə və qripə qarşı bədəni müqavimətli edir.
Sarımsaq həmçinin antioksidantlarla zəngindir, bu da hüceyrələrin yenilənməsinə kömək edir və xərçəng riskini azaldır.

Qida mütəxəssisləri gündə bir diş sarımsağın istehlakını tövsiyə edir, lakin bəzi hallarda – xüsusilə də mədə problemləri olan şəxslər – onun qəbulunu həkim məsləhəti ilə tənzimləməlidirlər.

Seçilən
0
1
metbuat.az

10Mənbələr