AZ

Suriyada partlayış zamanı 3 polis ölüb, xəsarət alanlar var

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətinin əl-Mayadin şəhərində polis bölməsində baş verən partlayış nəticəsində bir neçə polis ölüb, daha iki nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının nümayəndələrinin sözlərinə görə, ilkin istintaqın nəticələri və hadisə yerinə baxış avtomobilə qoyulmuş partlayıcı qurğunun partladıldığını göstərib. Hadisə nəticəsində azı üç ictimai təhlükəsizlik işçisi həlak olub, bir neçə nəfər yaralanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Seçilən
0
1
report.az

10Mənbələr