Almaniyada Şimal-Şərq Regional Liqasında 34-cü turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”su evdə “Zvikau” klubu ilə heç-heçə edib - 2:2.
Dadaşov da bu matçın iştirakçısı olub. Meydana çıxan futbolçu görüşü əvəzolunmadan keçirib.
Rüfət Dadaşov 80-ci dəqiqədə komandasının ikinci qolunu vurmaqla matçda yekun hesabı müəyyənləşdirib.
49 xala malik "Dinamo" hazırda turnir cədvəlində səkkizinci yeri tutur.