AZ

Ərdoğan və İmamoğlunun reytinqi açıqlandı

"ALF" araşdırma mərkəzi Türkiyədə apardığı sorğunun nəticələrini açıqlayıb.

Teleqraf "cumhuriyet.com"a istinadən xəbər verir ki, "növbəti bazar günü seçki keçirilsəydi, kimə səs verərdiniz" sualı ilə keçirilən sorğunun nəticələrinə əsasən hazırda həbsdə olan İstanbul Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı qabaqlayıb.

1-10 may tarixləri arasında keçirilən sorğuda iştirak edən 3920 respondentin 50,5 faizi seçki keçirilsəydi Ə.İmamoğluna səs verəcəklərini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan isə 10,7 faiz fərqlə ikinci yerdə qərarlaşıb.

Rəyi soruşulan insanların böyük əksəriyyəti İmamoğlunun təmsil olunduğu DEM Partiyası (Xalqların Bərabərlik və Demokratiya Partiyası), Zəfər Partiyası, İYİ Partiyası və TİP-ə (Türkiyə İşçi Partiyasına) səs verəcəklərini sorğuda qeyd ediblər.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr