AZ

Ərdoğan və İmamoğlunun reytinqi açıqlandı -SORĞU

"ALF" Araşdırma Mərkəzi Türkiyədə apardığı sorğunun nəticələrini açıqlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, vətəndaşlara "növbəti bazar günü seçki keçirilsəydi, kimə səs verərdiniz" sualı ilə müraciət olunub.

 

Mayın 1-dən 10-dək keçirilən sorğuda 3920 respondent iştirak edib.

 

Sorğunun nəticələrinə əsasən, İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri, hazırda həbsdə olan Əkrəm İmamoğlu Prezident Rəcəb Tayyib Ərdoğanı qabaqlayıb.

 

Rəyi soruşulanlardan 50,5 faizi növbəti bazar günü seçki keçirilsəydi Ə.İmamoğluna səs verəcəklərini söyləyiblər.

 

R.T.Ərdoğan isə 10,7 faiz fərqlə ikinci yerdə qərarlaşıb.

 

Seçilən
0
1
senzor.az

2Mənbələr