AZ

Sane “Nyukasl”ın hədəfində

"Nyukasl Yunayted" bu yay "Bavariya"dan ayrılacağı gözlənilən Leroy Sane ilə maraqlanır.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Bayern Insider" mənbəsi məlumat yayıb.

29 yaşlı vinger Münhen klubunun təklif etdiyi yeni müqavilənin şərtlərindən narazıdır. Sanenin qərarına idman amilləri ilə yanaşı şəxsi həyatı da təsir edir – futbolçunun tərəfdaşı onun əvvəllər "Mançester Siti"də çıxış etdiyi İngiltərəyə qayıtmasını istəyir.

Sanenin "Bavariya" ilə mövcud müqaviləsi iyunun sonunda başa çatır. Bu isə "Nyukasl" üçün futbolçunu transfer haqqı ödəmədən heyətə qatmaq imkanı yaradır. "Sağsağanlar" artıq alman futbolçunun agenti ilə ilkin əlaqə saxlayıb.

2024/25 mövsümündə Leroy Bundesliqada 30 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr