Bakı. Trend:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü vəsifarişi ilə fortepiano fənni üzrə ibtidai sinif şagirdləri – I, IIvə III siniflər üçün yeni dərslik hazırlanır. Bu, müstəqillikdövründə hazırlanacaq ilk dərslik olacaq.
TrendMədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, hazırda musiqiməktəblərində istifadə olunan dərsliklərin əksəriyyəti ötən əsrinortalarında yazılmış materiallara əsaslanır.
"1955-ci ildə hazırlanmış L.Yeqorova və R.Siroviçin“Fortepianoda çalmaq üçün ibtidai tədris kitabı”, eləcə də Sevdaİbrahimovanın, Gülnarə Səfərəliyevanın və digər müəlliflərinvəsaitləri bu gün də istinad mənbələri kimi istifadə olunsa da,müasir təhsil yanaşması, milli intonasiya və yeni pedaqojiprinsipləri tam şəkildə əhatə etmir.
Yeni dərslik isə müasir kurikulumun tərkib hissəsi kimi musiqitəhsili üçün yeni mərhələnin başlanğıcıdır. Layihədə bəstəkar vəşairlər, musiqişünaslar, tanınmış pianoçu-müəllimlər bir arayagələrək, uşaqların milli musiqi intonasiyaları iləzənginləşdirilmiş repertuarla ilk addımlarını atmalarını təminedəcək dərsliyi ərsəyə gətirirlər.
Dərsliyin əsas məqsədi – şagirdlərə fortepiano təhsilininbaşlanğıc mərhələsində klssik musiqi nümunələri ilə yanaşı,Azərbaycan musiqi mədəniyyətinə əsaslanan yeni bəstəkar əsərlərinitəqdim etməklə, onların həm peşəkar, həm də milli-mənəvi inkişafınıdəstəkləməkdir", - nazirlikdən bildirilib.
Qeyd edilib ki, pilot layihə çərçivəsində dərsliyin ilkbölməsinin 2025-ci ilin sentyabr ayında təqdim olunması nəzərdətutulur.