AZ

Azərbaycanlı futbolçu Polşa klubundan ayrıldı

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubunu tərk edib.

QOL.az xəbər verir ki, bu barədə Polşa mənbələri yerli jurnalist Rafal Yonczuk sosial şəbəkə hesabına istinadın xəbər yayıb. R.Məmmədovun artıq Radom şəhərini tərk etdiyi də bildirilib.

R.Məmmədov "Radomyak"a ötən yay "Lodz" klubundan keçmiş və klubla 2026-cı ilin yayınadək müqavilə imzalamışdı. Bu mövsüm 29 yaşlı azərbaycanlı müdafiəçi üçün uğursuz olub. O, cəmi 12 matçda meydana çıxıb.

Qeyd edək ki, "Radomyak"da Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da çıxış edir.
 

Seçilən
0
1
teleqraf.com

2Mənbələr