AZ

Rahil "Radomyak"dan ayrıldı

Millimizin müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubunu tərk edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Polşa mənbələri yerli jurnalist Rafal Yonczuk sosial şəbəkə hesabına istinadın xəbər yayıb. Həmyerlimizin artıq Radom şəhərini tərk etdiyi də bildirilib.

Rahil "Radomyak"a ötən yay "Lodz" klubundan keçmiş və klubla 2026-cı ilin yayınadək müqavilə imzalamışdı. Bu mövsüm 29 yaşlı azərbaycanlı müdafiəçi üçün uğursuz olub. O, cəmi 14 matçda meydana çıxıb.

Qeyd edək ki, "Radomyak"da yığmamızın hücumçusu Renat Dadaşov da çıxış edir.

Seçilən
0
1
football-plus.az

2Mənbələr