BAKI, 12 may. TELEQRAF
Qızılın qiyməti azalıb.
Teleqraf xəbər verir ki, buna səbəb ABŞ və Çin arasında pozitiv ticarət danışıqlarının bazardakı narahatlıqları azaltması və investorların təhlükəsiz aktivlərdən daha riskli investisiyalara yönəlməsi olub.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.82% azalaraq 3,283.24 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.53% artaraq 33.088 ABŞ dolları təşkil edib.