AZ

“Kəpəz” “Sumqayıt”ı, “Qarabağ” “Araz Naxçıvan”ı qəbul edir – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulacaq. 

İdmanxeber.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək.  Əvvəlcə 29 xalla 9-cu pillədəki “Kəpəz” Tovuzda 30 xala malik və 8-ci yerdə olan “Sumqayıt”ı qəbul edəcək. 

Turun son matçında isə artıq çemponluğu təmin edən “Qarabağ” üçüncü pillədəki “Araz-Naxçıvan”ı sınağa çəkəcək. 

Naxçıvan klubu bu matçda 1 xal qazansa, bürünc medalları təmin edəcək.

 11 may (bazar)

18:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər:
 İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev

VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər
: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Azersun Arena”

Seçilən
0
1
idmanxeber.az

10Mənbələr