AZ

Haaland zədədən sonra ilk dəfə start heyətində yer alacaq

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində bu gün keçiriləcək "Sauthempton"la oyuna start heyətində çıxacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu, norveçli forvardın 30 mart tarixində İngiltərə Kubokunun 1/4 final mərhələsində "Bornmut"la keçirilən görüşdə (1:2) topuq zədəsi aldığı matçdan sonra ilk oyunu olacaq.

"Mançester Siti" start heyəti: Ederson, Dias, Qvardiol, Levis, Akanji, Silva, Kovaçiç, De Bruyne, McAtee, Foden, Haaland.

Daha əvvəl mətbuatda 24 yaşlı forvardın bu zədə səbəbindən cari mövsümün qalan hissəsinin yaşıl meydanlardan kənarda qalacağı barədə məlumatlar yayılmışdı. İyunun 15-də başlayacaq Klublararası Dünya Çempionatında onun vaxtında sağalacağı gözlənilirdi.

Bu mövsüm Haaland bütün turnirlərdə 40 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2034-cü ilin yayına qədərdir.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.

Seçilən
0
90deqiqe.az

1Mənbələr