BAKI, 10 may. TELEQRAF
“Terrorsuz Türkiyə” prosesi böyük diqqətlə həyata keçirilir.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Terrorsuz Türkiyə” prosesi böyük diqqətlə həyata keçirilir. Ölkəmizi terror bəlasından xilas etmək əzmindəyik. Dövlət ciddiyyətinə yaraşan şəkildə, zərrə qədər də boşluq qoymadan işi izləyirik. Ölkəmizin büdrəməsini gözləyənlərə imkan verməyəcəyik. Sıralarımızı sıxlaşdırmaqla bizi parçalamağa çalışanlara cavab verəcəyik. Həran müjdəni ala bilərsiniz”, - dövlət başçısı bildirib.