Türkiyə terrorla mübarizəyə iki trilyon dollar xərcləyib.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bir gənclik festivalı” proqramında çıxışında deyib.
O bildirib ki, terror nəticəsində Türkiyədəki qardaşlığa zərbə dəyib: “İndi ölkəmizi, millətimizi bu bəladan tamamilə xilas etmək üçün çox həssas və qətiyyətli addımlar atırıq. İnşallah, hədəfə çatana qədər dayanmayacağıq. Terrorsuz Türkiyə mənzilinə mütləq çatacağıq”.