Bakı-Quba yolunda piyada ölümü ilə nəticələnən qəza baş verib.
Far.Az Apa-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsindən keçən istiqamətdə qeydə alınıb.
Yolu keçmək istəyən piyada 30-35 yaşlı kişini ( şəxsiyyəti dəqiqləşdirilir) "Mercedes" markalı avtomobillə vurub
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakt üzrə araşdırma aparılır.