AZ

Gərginlik artır... Pakistan Hindistanın təcəvüzünə darmadağınla cavab verir!


Hindistan ordusu Pakistanın üç hava limanını raketlərlə hədəfə alarkən, Pakistan ordusu da Hindistanın hücumlarına cavab verdiyini bildirib:- “Hindistanın Surat Garh, Sirsa, Bathinda və Akhnoor hava limanlarının əks-hücumda hədəf alındığı bildirilən açıqlamada Hindistanın S-400 hava hücumundan müdafiə sisteminin də Pakistan Hərbi Hava Qüvvələrinə aid J-17 döyüş təyyarəsi tərəfindən hipersonik raketlə məhv edildiyi qeyd edilib”.

"HİNDİSTAN AEROPORTLARINI HƏDƏF ALDIQ"

Hindistanın Surat Garh, Sirsa, Bathinda və Akhnoor hava limanlarının əks-hücumda hədəf alındığı bildirilən açıqlamada Hindistanın S-400 hava hücumundan müdafiə sisteminin də Pakistan Hərbi Hava Qüvvələrinə aid J-17 döyüş təyyarəsi tərəfindən hipersonik raketlə məhv edildiyi qeyd edilib.

“ÇOX SAYDA HƏRBİ MƏQSƏDLİ HƏDƏFİ VURDUQ”

Açıqlamada Hindistandakı bir çox hərbi məntəqənin hədəfə alındığı bildirilib. Pakistan ordusu Hindistana qarşı həyata keçirdiyi əks-raket hücumlarının görüntülərini də mətbuatla paylaşıb.

“BAŞ NAZİR ŞƏRİF TOPLANTI ÇAĞIRDI”

Bu hadisələrin ardınca Pakistanın baş naziri Şahbaz Şərif Milli Komandanlıq Aparatını çağırmaq qərarına gəlib. Hindistanın hücumları səbəbindən Pakistan hava məkanı uçuşlar üçün bağlanıb, ölkə daxili və beynəlxalq uçuşlar ləğv edilib.

“HİNDİSTAN 3 AEOPORTU VURDU”

Pakistan ordusundan verilən açıqlamada, ölkənin üç ayrı hava limanının, o cümlədən paytaxt İslamabad yaxınlığındakı Ravalpindidəki Nur Xan hava limanının səhər saatlarında Hindistan ordusu tərəfindən raketlərlə hədəfə alındığı bildirilib. Açıqlamada hədəfə alınan digər iki hava limanının Pəncab əyalətindəki Murid və Şorkot olduğu,lakin Hindistanın atdığı raketlərin çoxunun hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısının alındığı bildirilib.

“HEÇ BİR ZIYAN DƏYMƏDİYİ AÇIQLANDI”

Açıqlamada 3 ayrı hava limanına edilən hücumlarda heç bir dağıntıvə can itkisinin olmadığı qeyd edilib. Digər tərəfdən, Pakistanın İnformasiya naziri Attaullah Tarar sosial media hesabında hücumlarda Pakistan Hərbi Hava Qüvvələrinin texnikasının da heç bir zərər görmədiyini bildirib.
"İSRAİL İSTEHSALI 77 PUAVURULDU"

Pakistan Hindistana məxsus İsrail istehsalı olan 77 silahlı pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb. Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamentinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistanın 6 ballistik raket atdığını və raketlərin Hindistan ərazisinə düşdüyünü bildirib. General-leytenant Şərif sonrakı saatlarda verdiyi açıqlamada Hindistan təyyarələrinin Ravalpindidəki hərbi bazaya hücum etdiyini açıqladı və əlavə etdi ki,"Hindistan indi bizim cavabımızı gözləməlidir"

“ABŞ-DAN GƏRGİNLİYİ AZALTMAQ ŞAĞRISI”

ABŞ dövlət katibi Marko Rubio Pakistan ordusunun baş qərargah rəisi general Seyid Asim Munirlə telefon danışığında İslamabad və Yeni Dehli arasında gərginliyin azaldılmasına çağırıb. Pakistan hava məkanını bütün uçuşlar üçün bağlasa da, G7 ölkələri iki ölkənidialoqa çağırıb.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr