AZ

Pakistan Hindistanın hücumlarına cavab verib

BAKI, TurkicWorld

Pakistan Hindistanın hücumlarına cavab zərbələri endirib.

TurkicWorld xəbər verir ki, Hindistanın Pakistan ərazisinə döyüş təyyarələri və hava-yer raketləri ilə həyata keçirdiyi hücumlara cavab olaraq, Pakistan ordusu əks-hücum həyata keçirib.

Hərbi mənbələr Pakistanın Hindistanın dörd hərbi bazasını hədəfə aldığını bildirib.

Pakistan ordusunun açıqlamasına görə, hücum zamanı döyüş təyyarələri istifadə olunub və Hindistanın Surat Garh, Sirsa, Bathinda və Akhnoor şəhərlərindəki hərbi hava limanları hədəf alınıb. Əlavə olaraq, Hindistanın S-400 hava hücumundan müdafiə sistemi Pakistanın JF-17 döyüş təyyarəsindən atılan hipersonik raketlə məhv edilib.

Pakistanın Müdafiə Nazirliyi bildirib ki, Hindistandan atılan beş raket ölkənin Pəncab əyalətinə yönəlib. Raketlərin əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, digərləri isə hədəfə çatmayıb. Hərbi rəsmilər hücumlarda istifadə edilən raketlərin elektron imzalarının müəyyən edildiyini və onların haradan atıldığının bilindiyini açıqlayıblar.

Təhlükəsizlik səbəbilə Pakistan hava məkanı təxminən 9 saat müddətinə kommersiya uçuşları üçün bağlanıb.

Qeyd edək ki, ABŞ administrasiyası və G7 ölkələri də tərəfləri təmkinli olmağa və bölgədəki gərginliyi azaltmağa çağırıblar. Ağ Evin sözçüsü Karolin Leavitt ABŞ-ın münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu və hər iki ölkənin liderləri ilə əlaqə saxlanıldığını bildirib.

Seçilən
0
turkic.world

1Mənbələr