ABŞ Prezidenti Donald Tramp xarici məhsullara idxal rüsumlarının tətbiqi məsələsində istisna hallara yol verilə biləcəyini bildirib.
APA xəbər verir ki, o bu haqda Cümə günü Ağ Evdə danışıb.
“İstisnalar mümkündür. Əgər görsək ki, kimsə bizim üçün xüsusi bir şey edib, bu zaman istisna hal tətbiq oluna bilər. Əsas rüsum dərəcəsi minimum 10% olacaq. Bəzi ölkələr üçün bu göstərici daha yüksək olacaq”, - Tramp deyib.
O həmçinin qeyd edib ki, Vaşinqton yaxın vaxtlarda 4-5 ticarət sazişi bağlamağı planlaşdırır.