AZ

“Milan”dan əzmkar qələbə

style='margin-bottom:10px;'>

İtaliya A Seriyasında 36-cı tura start verilib. 

QOL.az xəbər verir ki, turun açılış matçında “Milan” öz meydanında “Bolonya”nı qəbul edib. İkinci hissənin əvvəlində qonaqlar hesabda önə keçiblər. Buna baxmayaraq, son 20 dəqiqədə ardıcıl 3 qol vuran “Milan” geridönüş edərək əzmkar qələbə qazanıb. 

“Milan” - “Bolonya” - 3:1
Qolla
r: Rikkardo Orsolini, 49 (0:1), Santiaqo Ximenez, 73 (1:1), Kristian Pulisiç, 79 (2:1), Santiaqo Ximenez, 90+2 (3:1)

Ardıcıl üçüncü qələbəsini qazanan “Milan” 60 xalla 8-ci pillədədir. 2 xal artıq toplayan “Bolonya” isə 7-ci yerdə qərarlaşıb. 

Seçilən
0
teleqraf.com

1Mənbələr