BAKI, 10 may. TELEQER
Rusiya 30 günlük atəşkəs ideyasını dərhal dəstəkləyib.
Teleqraf xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O deyib ki, Rusiya nüansları nəzərə almaq zərurəti ilə 30 günlük atəşkəs ideyasını dərhal dəstəkləyib.
D.Peskov qeyd edib: "Birləşmiş Ştatlara və Trampa Ukraynadakı vəziyyəti həll etmək səylərinə görə minnətdarıq. Rusiya bəzi nüansları nəzərə almaq zərurəti ilə 30 günlük atəşkəs ideyasını dərhal dəstəklədi".
O bildirib ki, Almaniya Kanslerİ Fridrix Mersin "bu həftə sonundan etibarən atəşkəsin mümkünlüyü" barədə danışarkən nə demək istədiyini bəlli deyil: "Bunu başa düşməliyik", - D.Peskov əlavə edib.
Qeyd edək ki, bu gün Almaniya Kansleri F.Merts bu həftə sonu Avropa liderlərinin ABŞ Prezidenti D.Trampla Ukraynada 30 günlük atəşkəs barədə razılaşacaqlarını bildirib.