AZ

"Liverpul" "Mançester Yunayted"in keçmiş futbolçusunu transfer edə bilər

"Liverpul"un hücumçusu Darvin Nunesin bu yay komandadan ayrılması gözlənilir.

90deqiqe.Az-ın “CaughtOffside”a istinadən yaydığı məlumata görə, Mersisayd təmsilçisi yeni hücumçu axtarışındadır.

Bu məqsədlə klub “Mançester Yunayted”in sabiq futbolçusu, hazırda “Marsel”də çıxış edən Meyson Qrinvudla maraqlanır və onunla bağlı Fransa təmsilçisi ilə əlaqə saxlayıb.

Məlumata görə, “Marsel” 23 yaşlı Qrinvudu təxminən 70 milyon avroya satmağa hazırdır.

Bu mövsüm 34 rəsmi matçda Meyson Qrinvud 19 qol vurub və 5 məhsuldar ötürmə edib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr