Mahir Emreli “Nürnberq”in heyətində dubl müəllifi olub.
"Football-plus.az" xəbər verir ki, oyun Almaniyanın 2-ci Bundesliqanın 30-cu turuna təsadüf edib.
Doğma meydanda “Paderborn”u qəbul edən “Nürnberq”in heyətində hesabı 2-ci dəqiqədə Mahir Emreli açıb. O, 90+3-cü dəqiqədə növbəti dəfə rəqibin qapısına yol tapıb.
Bununla belə, 27 yaşlı hücumçunun qolları komandasına xal qazandırmayıb. Nəticədə, “Paderborn” 3:2 hesablı qələbəyə sevinib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta