AZ

Mahir dubl etdi – VİDEO

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın “Nürnberq” komandasının heyətində dubl müəllifi olub.

KONKRET.az xəbər verir ki, qarşılaşma II Bundesliqanın 30-cu turuna təsadüf edib.

Doğma meydanda “Paderborn” kollektivini qəbul edən “Nürnberq”in heyətində hesabı 2-ci dəqiqədə Mahir Emreli açıb. Qarşılaşmanı yüksək səviyyədə keçirən forvard 90+3-cü dəqiqədə növbəti dəfə rəqibin qapısına yol tapıb.

Bununla belə, 27 yaşlı hücumçunun qolları komandasına xal qazandırmayıb. Yekun nəticədə “Paderborn” 3:2 hesablı qələbəyə sevinib.

Seçilən
101
3
konkret.az

3Mənbələr