ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, mayın 31-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
Şimal-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 17-21°, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 40-50 faiz olacaq.Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 31-36°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacaq.
Q.QASIMOV XQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.