“Sabah” ilk dəfə Azərbaycan Kubokunda finalın iştirakçısı olacaq.
Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir kİ, 33-cü Azərbaycan Kubokunun həlledici matçı debütlə əlamətdar olacaq.
Son iki finalda yeni ad olmayıb. 2023-cü ildə “Qəbələ” və “Neftçi”, ötən il isə “Qarabağ” və “Zirə” kubok üçün növbəti cəhdlərini gerçəkləşdiriblər.
Finalda sonuncu yeni ad 2022-ci il mayın 27-də olub. 1100 gün əvvəl “Qarabağ”la görüşən “Zirə” penaltilər seriyasında uduzub – 1:1 (3:4-p.).