Bakıda minifutbol üzrə dünya çempionatı davam edir.
Sportinfo.az xəbər verir ki, turnirdə 1/8 final mərhələsinə yekun vurulub.
Mərhələnin 2-ci oyun günündə 4 matç keçirilib.
Gürcüstan Serbiya ilə, Polşa Monteneqro ilə, Çexiya İsraillə, Bosniya və Herseqovina isə Tailandla qarşılaşıb.
Ötən gün Azərbaycan millisi Rumıniyaya qalib gələrək 1/8 finala yüksəlib.
Dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Monteneqro - Polşa - 1:0
Bosniya və Herseqovina - Tailand - 3:1
Çexiya - İsrail - 4:1
Serbiya - Gürcüstan - 3:2