“Şamaxı” futbolçusu Alfons Msanqa ilə bağlı qərarını verib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı tanzaniyalı yarımmüdafiəçi ilə müqavilə şərtlərinə görə tərəflər arasında razılaşma “Şamaxı”nın istəyinə əsasən 1 il müddətinə uzadılıb.
Msanqa bu ilin yanvarında “Şamaxı”ya keçib. O, bölgə klubu ilə 6 ay + 1 il şərtilə razılaşmışdı