Bu gün I Liqaya vəsiqə uğrunda pley-off matçı keçiriləcək.
Sportinfo.az xəbər verir ki, Bayıl qəsəbəsində yerləşən «ASCO Arena»da təşkil olunacaq qarşılaşmada «Difai» ilə «Hypers» üz-üzə gələcək.
Görüş saat 16:00-da start götürəcək.
«Fədailər» I Liqada 9-cu yeri tutub. Quba təmsilçisi isə II Liqada dördüncü pilləni ələ keçirib.
Pley-off 1 oyundan ibarətdir. Qalib komanda I Liqanın 10-cu iştirakçısı olacaq.
16:00. “Difai” – “Haypers Quba”
Bayıl. "ASCO Arena”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov