Basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.
Sportinfo.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də siyahıda yer alıb.
Yığmamız dünyada 28-cidir. Komandanın hesabında 93,106 xal var. Millimiz ötən siyahı ilə müqayisədə 1 pillə geriləyib.
Cədvələ Niderland millisi başçılıq edir – 537,043 xal.