Premyer Liqada 2024/2025 mövsümünün son matçında “Zirə” “Araz-Naxçıvan”ı məğlub edib.
Sportinfo.az xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tuan görüş Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Matçın yeganə qolunu 58-ci dəqiqədə Junior Martins rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 74-ə yüksəldən “Zirə” mövsümü ikinci pillədə başa vurub. “Araz-Naxçıvan” isə 58 xalla üçüncü olub.
“Araz-Naxçıvan” – “Zirə” 0:1
Qol: Junior Martins, 58
Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı