AZ

Azərbaycanda baş məşqçini elə yola saldılar ki... VİDEO

Premyer Liqada mövsümün son turunda “Turan Tovuz” “Kəpəz”i məğlub edib.

Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Turan Tovuz”dan Aleks Souza dubla (10-cu və 23-cü dəqiqələr) imza atıbsa, Ayxan Hüseynov 44-cü dəqiqdə fərqlənib.

“Kəpəz”in futbolçusu Turan Manfov isə 42-ci dəqiqədə avtoqol müəllifi olub.

Dördüncü pillədə olan “Turan Tovuz” bu nəticədən sonra xallarının sayını 55-ə yüksəldib. “Kəpəz” isə mövsümü 32 xalla 9-cu yerdə başa vurub.

Seçilən
0
1
sportinfo.az

10Mənbələr