Mayın 24-də Bakıda və Abşeron yarımadasında gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17°, gündüz 23-28°, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacaq.