AZ

Prezidentin Macarıstan səfəri ikitərəfli münasibətlərə yeni impuls verəcək

"Hörmətli Sədr, mayın 20-də İspaniya Krallığına etdiyiniz rəsmi səfər çərçivəsində Senatın və Deputatlar Konqresinin rəhbərləri ilə keçirdiyiniz yüksək səviyyəli görüşləridə ölkəmizin milli maraqlarını uğurla təmsil etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.  İnanıram ki, dünya siyasətində ayrıca yeri olan İspaniya kimi nüfuzlu ölkəyə Milli Məclis Sədrinin ilk rəsmi səfəri parlamentlərarası münasibətlərin inkişafına,  Azərbaycanın mövqeyinin və cənab Prezident tərəfindən həyata keçirilən xarici siyasərt kursunun dəstəklənməsinə ciddi töhfə verəcəkdir".

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

O, Prezident İlham Əliyevin Macarıstana mayın 20-də etdiyi işgüzar səfəri və mayın 21-də Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünə də toxunub.

"İlk növbədə onu deyim ki, cənab Prezidentin Macarıstanda ən yüksək səviyyədə, macar xalqının ən etibarlı dostu və müttəfiqi kimi qarşılanması Azərbaycan Liderinin dünyada artan nüfuzunun və etibarının növbəti nümayişi idi. Yeri gəlmişkən, mayın 16-da Albaniyada keçirilən Avropa Siyasi Birliyinin Samitində də Avropa liderləri tərəfindən Azərbaycan Prezidentinə eyni diqqətin və hörmətin göstərildiyinin də şahidi olmuşduq.
İkitərəfli görüşlərdə Baş nazir Viktor Orbanın Azərbaycanla əməkdaşlığın bütün sahələrdə genişlənəcəyini və beynəlxalq platformalarda ölkəmizin maraqlarını müdafiə  edəcəyini bəyan etməsi sadəcə diplomatik ritorika deyil. 

Çünki biz bunu əvvəllər də Macarıstan rəsmi Brüsseldən çəkinmədən Azərbaycanın Avropa İttifaqı daxilində və digər beynəlxalq qurumlarda maraqlarını qətiyyətlə müdafiə etdiyini bilirik. Bu baxımdan cənab Prezidentin Macarıstana etdiyi işgüzar səfərn ikitərəfli münasibətlərə yeni impuls verəcəyi şübhə doğurmur.

Mayın 21-də Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün ilk dəfə olaraq Avropa İttifaqı ölkəsində, Macarıstanda  keçirilməsi  çox böyük siyasi əhəmiyyət daşıyır. 

Türk Dünyasının birliyi naminə bu cür tədbirə ev sahibliyi etməsi bir tərəfdən Macarısatnın türk dünyasına olan sadiqliyini, digər tərəfdən isə Təşkilatın beynəlxalq nüfuzunun artdığını nümayiş etdirir. Zirvə çərçivəsində 71 bənddən ibarət Budapeşt Bəyannaməsinin imzalanması Türk dövlətləri arasında həmrəyliyin və birliyin yeni mərhələyə keçdiyini təsdiqləyir. 

Sənəddə bir çox önəmli məsələlərlə yanaşı “Bakı Prosesi”nə dəstək ifadə olunur, Türkiyənin Suriyadakı konstruktiv rolu, Şimali Kipr Türk Cümhuriyyətinin müşhadiəçi üzv kimi təşkilata verdiyi töhfə və ən vacibi isə Türk dövlətlərinin birliyini və həmrəyliyini pozmağa yönəlmiş istənilən  hərəkət və təhdidlərin qarşısının dərhal alınmasının vacibliyi vurğulanır. Bəyannamədə üzv ölkələrin BMT Təhlükəsizlik Şurası və BMT-nin digər qurumlarına üzvlüklə bağlı müracətlərinin dəstəklənməsi yalnız bir həmrəylik jesti deyil, eyni zamanda, Türk dövlətlərinin xarici siyasətlərinin gələcəkdə koordinasiya etmək istəyinin başlanğıcı kimi də çox qiymətlidir".

Seçilən
0
2
modern.az

10Mənbələr