Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, mayın 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.
Əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 15-17°, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75 , gündüz 45-50 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° , gündüz 26-31°, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacaq.
Q.QASIMOV
XQ