II Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Füzuli"nin kapitanı Elgün Abbaslı mükafatlandırılıb.
Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, aprel ayının ən yaxşı qolunun müəllifinə mükafatı XXVI turun "Füzuli" – "Lerik" oyunundan (0:1) əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.