Çin alimləri KRAS-G12C mutasiyası ilə qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi, kolorektal xərçəng və mədəaltı vəzi şişlərinin müalicəsi üçün yeni dərman D3S-001-in klinik sınaqlarının birinci mərhələsini uğurla başa vurublar.
Bu barədə "South China Morning Post"(SCMP) məlumat yayıb.
D3S-001, əvvəllər müalicəsi çətin hesab edilən mutant KRAS-G12C zülalını bloklayan yeni nəsil inhibitordur.
Professor Herbert Lunqun sözlərinə görə, preparat mutasiya aktivliyini mövcud analoqlardan daha uzun müddət yatırır.
Sınaqlar zamanı dərman 62 xəstə üzərində sınaqdan keçirilib. Əvvəllər anti-KRAS dərman qəbul etməmiş 42 xəstədə şişlərin 70%-i kiçilib və ya yoxa çıxıb, 97%-də isə xəstəliyin irəliləməsi dayanıb.
Qeyd edilib ki, öncə digər KRAS inhibitorları ilə müalicə olunan xəstələrdə effektivlik aşağı olub.
Alimlər indi sınaqların ikinci - daha böyük mərhələsinə hazırlaşırlar. Tədqiqatçılar hesab edirlər ki, D3S-001 KRAS-müsbət şişlər üçün mövcud müalicələrə perspektivli alternativ ola bilər./publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta