Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.
Bu barədə Ölkə.az-a Penitensiar xidmətin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məhkum Ruslan Məmməd oğlu Əhmədovla görüşə gəlmiş həyat yoldaşının üzərinə baxış keçirilən zaman idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 1 ədəd “BM 222” markalı mobil telefon aparatı, 1 ədəd danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır”, - deyə məlumatda qeyd olunur.