AZ

Macarıstan yığmasının Bakıya gələcək heyəti açıqlandı

Gələn ay futbol üzrə Azərbaycan milli komandası ilə yoxlama oyunu keçirəcək Macarıstan yığmasının heyəti müəyyənləşib.

Arena.az xəbər verir ki, baş məşqçi Marko Rossi iyundakı matçlar üçün yığmaya 25 futbolçu çağırıb.

O, heyətə 3 qapıçı, 5 müdafiəçi, 12 yarımmüdafiəçi və 5 hücumçu dəvət edib.

Qapıçılar: Dibuş Denes (“Ferentsvaroş”), Şappanos Peter (“Paksi”), Tot Balaş (“Bləkbörn”, İngiltərə);

Müdafiəçilər: Baloq Botond (“Parma”), Dardai Marton (“Herta”, Almaniya), Mocsi Attila (“Rizəspor”, Türkiyə), Orban Villi (“Leypsiq”, Almaniya), Şalai Qabor (“Ferentsvaroş”);

Yarımmüdafiəçilər: Bolla Bendequz (“Rapid”, Vyana), Çonqvai Aron (AİK, İsveç), Dardai Bense (“Volfsburq”, Almaniya), Kerkez Milos (“Bornmut”, İngiltərə), Naqi Jolt (“Puşkaş Akademiya”), Neqo Loik (“Havr”, Almaniya), Nikitşer Tamaş (“Valyadolid”, İspaniya), Osvat Attila (“Paksi”), Şafer Andras (“Union Berlin”, Almaniya), Stiles Kallum (“Vest Bromviç”, İngiltərə), Tot Aleks (“Ferentsvaroş”), Vitalis Milan (“Qyor ETO”);

Hücumçular: Şobot Kevin (“Sankt Qallen”, İsveçrə), Qazdaq Daniel (“Kolambus Kryu”, ABŞ), Sallai Roland (“Qalatasaray”, Türkiyə), Soboslai Dominik (“Liverpul”, İngiltərə), Varqa Barnabas (“Ferensvaroş”).

Qeyd edək ki, Macarıstan yığması iyunun 6-da İsveç, 10-da Azərbaycan millisi ilə üz-üzə gələcək. Yığmamızın oyunu Bakıdakı “Dalğa Arena”da baş tutacaq.

Seçilən
0
17
arena.az

10Mənbələr