AZ

İrəvanda Putinə qarşı aksiyalara Mariya Zaxarovadan reaksiya

BAKI, 20 may. TELEQRAF

ABŞ-nin İrəvandakı səfirliyində 2000-ə yaxın işçi çalışır. Bəlkə də onların heç biri hələ başa düşmür ki, Rusiya-Ermənistan münasibətlərini pozmaqla məşğul olmaqdansa, Rusiya-Amerika münasibətlərini inkişaf etdirmək lazımdır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 20-də keçirdiyi brifinqdə bildirib.

“Ola bilsin, Amerika səfirliyində kimsə köhnə stereotiplərlə yaşayır. O da mümkündür ki, Ermənistanda analoji layihələrdə iştirak edən kimdəsə USAID vasitəsilə köçürülən pullar hələ tükənməyib. Düşünürəm ki, hamısını yerləşdirdikləri kimi, toplayacaqlar”, - diplomat bildirib.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərindən əvvəl İrəvanın bəzi məkanlarında Prezident Vladimir Putinin üzərində “qatil”, “cinayətkar” və sair ifadələr yazılmış plakatları asılıb. Rusiya xarici işlər nazirinin səfəri 20-21 may tarixlərinə planlaşdırılıb.

Seçilən
0
4
teleqraf.com

10Mənbələr