AZ

Narkotik şəbəkəyə zərbə: Paytaxt və bölgələrdə əməliyyatlar zamanı 10 nəfər saxlanıldı

Narkotik

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçiriblər. Tədbirlər zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Əli Əliyev və tanışı Zamik Əliyev, 60 yaşlı Telman Məmmədov, 34 yaşlı Tural Cəfərov, 35 yaşlı Hüseyn Məmmədov, 32 yaşlı Hikmət Axundov, 37 yaşlı Rəvan Baxışov, 28 yaşlı Arzu Əsgərov, 43 yaşlı Vüsal Məmmədov və əvvəllər məhkum olunmuş 24 yaşlı Ayaz Usubov saxlanılıblar. Bu şəxslərdən 75 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. aktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Diqqət Çəkənlər

Bu bizim müharibəmiz deyil” – ABŞ-dan Ukrayna ilə bağlı sərt siqnal!

DİN KRİMİNAL XRONİKA

Milli İncəsənət Muzeyində “Nesvij – dünya mədəniyyətinin irsi” adlı sərgi - FOTO

Seçilən
0
37
ulusum.az

10Mənbələr