AZ

Meloni və Merz Trampdan bunu istədi

İtaliyanın Baş naziri Corciya Meloni və Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla söhbətində Avropa ölkələrinin Ukraynada nizamlanmaya dair danışıqlarda iştirakını istəyiblər.

Axar.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Meloni və Merz Avropa ölkələrinin də danışıqlara cəlb edilməsini istəyib. Merz bütün tərəflərin iştirakı ilə görüşün keçirilməsini təklif edib. Meloni vurğulayıb ki, görüşdə kimsə hakim olmalıdır. Tramp is qeyd edib ki, Rusiya və Ukrayna üçüncü tərəf vasitəçiləri olmadan ikitərəfli danışıqlar apara bilər”, - qeyd olunub.

Seçilən
0
1
axar.az

2Mənbələr