AZ

Hindistanın ZAY silahları – Ermənistana elə bir dərs verildi ki…

İstənilən hərbi münaqişə həm də ona cəlb olunan və silah istehsalçısı olan ölkələr üçün ciddi sınaq sayılır. Yəni kimin hərbi məhsullarının real döyüş şəraiti üçün nə dərəcədə uyğun və uğurlu olması məsələsi. Necə ki, 44 günlük müharibədə Azərbaycanın qardaş Türkiyə və İsraildən aldığı modern silah və hərbi sistemlərin hamısı özünü doğrultdu. Ələlxüsus “Bayraktar TB12” PUA-ları işğalçı erməni qüvvələri üçün kabusa çevrildi.

Təsadüfi deyil ki, qalibiyyətli Vətən savaşından sonra həm Türkiyənin, həm də İsrailin hərbi məhsullarının reytinqi xeyli artdı, onların alıcıları artdı. Paralel surətdə Rusiya hərbi sistemlərimə silah bazarında ehtiyac azaldı…

Pakistanla Hindistan arasında sonuncu hərbi qarşıdurma da istisna olmadı. Hansı ki, Yeni-Dehlinin rüsvayçı uğursuzluğu ilə bitdi. Amma gəl ki, türkofob və islamofob Narendra Modi hakimiyyəti neçə vaxtdır haqq-nahaq Türkiyə və Azərbaycanı da hədəf almaqdadır. Doğrudur, hökumət səviyyəsində iki qardaş ölkəyə qarşı rəsmi heç bir sanksiya göstərişi verilməyib.

Bununla belə, qeyri-hökumət, biznes, turizm və təhsil sferaları üzrə Bakı və Ankaraya qarşı ard-arda edilən demarşların, tətbiq edilməyə başlayan “sanksiyaların” arxasında Modinin iri “qulaqlarını” görməmək mümkünsüzdür. Halbuki həm rəsmi Bakı, həm də rəsmi Ankara iki qonşu nüvə dövlətinin sərhəd toqquşması zamanı balanslı mövqe sərgiləmişdi…

Bu da məlumdur ki, Ermənistan Hindistandan 720 milyon dollar dəyərində silah tədarükü ilə bağlı müqavilə imzalayıb. Artıq onların bir çoxu İrəvana çatdırılıb. Hansı silahlar ki, Pakistanla az öncəki qarşıdurmada faktiki döyüş sınağından çıxa bilməyib. Bəlli olub ki, hind silahlarının şöhrəti, yumşaq desək, şişirdilib. O sırada Hindistanın Fransa istehsallı “Rafale” də daxil, 5 bahalı döyüş təyyarəsi vurulub, artilleriya mövqeləri darmadağın edilib. Nəticədə Modinin faşist rejimi Trampın sülh şərtlərini qəbul etmək məcburiyyəti ilə üzləşib.

Qalır indi baş verənlərdən sonra Ermənistanın hansı nəticəni çıxaracağı. İrəvan Hindistandan silah və hərbi sistemlər adına dəmir-dümür almağa davam edəcəkmi? Görəcəyik. Ümumiyyətlə, son dayanacağı Bakıdakı Qənimətlər Parkı olacaq silahlara pul xərcləməyə dəyərmi?

Hələ onu demirik ki, Ermənistanı ordu nəyinə gərək, əgər Azərbaycan və Türkiyədən ona hər hansı təhlükə yoxdursa, gözlənilmirsə. Bakı və Ankaranın əsas gözləntisi İrəvanın öz qonşuları ilə vaxt itirmədən, bəlli şərtlər əsasınsa sülh müqavilələri imzalayıb siyasi-diplomatik, iqtisadi-ticari əlaqələri qaydaya salması, bununla da özünə real təhlükəsizlik qarantı qazanmasıdır. Azərbaycan Prezidentinin dediyi kimi, “top” çoxdan Ermənistanın meydanındadır.

Məsələ ondadır ki, İrəvan heç vaxt önə çıxa bilməyəcəyi silahlanma yarışına böyük pullar xərcləməklə, öz yoxsul əhalisinin boğazından kəsib hər il rekord həcmdə hərbi büdcə müəyyən eləməklə böyük sülhü yaxınlaşdıra bilməz. Bu gerçəyi iqtidarlı-müxalifətli kapitulyant ölkənin toplumu nə qədər tez anlasa və qulağında sırğa eləsə, bir o qədər özlərinə yaxşılıq eləmiş olarlar…Musavat.com

Seçilən
0
1
veteninfo.az

2Mənbələr