Zaman-zaman dünyanı idarə edən liderlərin fiziki xüsusiyyətləri də qərarları qədər müzakirə mövzusuna çevrilir. Xüsusilə beynəlxalq zirvələrdə bir araya gələndə kamera obyektivinin ilk tutduğu detallardan biri boy fərqidir.
"Unikal" xəbər verir ki, bu maraqlı reytinqin ilk sırasında sözün əsl mənasında “kölgə qoyan” bir ad var. Ginnesin Rekordlar Kitabına görə, hazırda ən uzunboylu lider Albaniyanın baş naziri Edi Ramadır. Boyu 200,66 sm olan Rama əvvəllər peşəkar basketbol oynayan idmançıdır. Bu fiziki xüsusiyyəti sayəsində o, dünya liderləri arasında sözün əsl mənasında “fərqlənir”.
Qeyri-ənənəvi üslubu və diplomatik jestləri ilə də tanınan Edi Rama bu yaxınlarda Avropa Siyasi Birliyinin sammitində İtaliyanın baş naziri Giorgia Meloni qırmızı xalçada qarşılayarkən diqqət çəkib.
Edi Ramanı ardınca digər uzunboylu liderlər bunlardır:
Aleksandar Vuçiç (Serbiya Prezidenti): 198 sm
Castin Trüdo (Kanadanın keçmiş baş Naziri): 188 sm
Rəcəb Tayyib Ərdoğan (Türkiyə Prezidenti): 185 sm
Boris Conson (Böyük Britaniyanın keçmiş baş naziri): 175 sm
Vladimir Putin (Rusiya Prezidenti): 170 sm
Orta boylu bu liderlər təkcə siyasi mövqeyi ilə deyil, həm də vizual varlığı ilə ictimaiyyətdə güclü təəssürat yaradır.
Siyahının digər sonunda İrlandiya prezidenti Maykl Deniyel Hiqqinsdir.
Təxminən 160 sm boyu olan o, hazırkı liderlərin ən qısaboyudur. O, İrlandiya xalqı tərəfindən çox sevilən bir siyasətçidir.
Liderlərin boyu media və ictimaiyyət tərəfindən bəzən yumoristik şəkildə müqayisə edilsə də, ekspertlər bu cür fiziki detalların siyasi bacarıqlara kölgə salmamalı olduğunu qeyd edirlər.
Gülayə Mecid