AZ

Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti - YENİLƏNİB

Sumqayıt şəhərində baş verən yol nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son durumu məlum olub. Bu barədə SİA-ya Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, şəhərdə baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına dörd qadın hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Seçilən
0
2
sia.az

2Mənbələr