AZ

Ötən gün 30 kiloqramadək narkotik vasitə aşkarlanıb – DİN

Bakı. Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın19-da ümumi çəkisi 29,2 kiloqrama yaxın narkotik vasitə aşkarolunaraq götürülüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr– 25,6 kiloqramdan artıq marixuana, 2 kiloqrama yaxın metamfetamin,1 kiloqrama yaxın tiryək, 650 qram heroin və 12 ədəd çətənə koluolub.

Qeyd edilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləridavam etdirilir.

Seçilən
0
12
az.trend.az

10Mənbələr